Prokurorluq orqanlarının əməkdazları pezə bayramlarını qeyd ediblər

img

01-10-2009 [03:46]


;rbaycan prokurorluq orqanlarının əməkdaşları peşə bayramlarını qeyd ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Baş prokuror Zakir Qaralov başda olmaqla, Baş Prokurorluğun şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Artıq 11 ildir prokurorluq işçilərinin öz peşə bayramlarını qeyd etdiyini vurğulayan Z.Qaralov prokurorluq orqanlarının öz təkmilləşmə, müasirləşdirmə və yenidənqurma dövrünü yaşadığını bildirib: ?Azərbaycanda korrupsiya hüquqpozmalarına qarşı ciddi mübarizə aparılır. 2009-cu ilin 9 ayı ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 85 cinayət işinin yekunlşaraq məhkəməyə göndərilib. 136 müxtəlif dərəcəli vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hal-hazırda korrupsiya ilə bağlı 32 cinayət işi icraatdadır?. Baş prokuror Təhsil Nazirliyinin qaynar xəttinə daxil olan şikayətlərin nazirliklə birgə araşdırıldığını vurğulayıb. Z.Qaralov ?"Prokurorluq haqqında? qanuna edilən dəyişikliklərin prokurorluq sisteminin təkmilləşdirilməsinə yönəldiyini vurğulayıb: ?Prokurorluq haqqında" qanun 1999-cu ilin dekabrında qəbul edilib. Bu dövr ərzində prokurorluğun nəzdində yeni-yeni qurumlar yaradılıb, struktur dəyişikliklər həyata keçirilib. Bundan sonra kimin baş prokuror olacağını prezident müəyyən edəcək. Qanuna 22-dən artıq dəyişikliyin nəzərdə tutulub. Azərbaycanda hər hansı qanuna, o cümlədən "Prokurorluq haqqında" qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA