Hacı Hacıağa Nuri Qurani-Kərimə bəzi qadağaları pisləyir

img

01-10-2009 [02:12]


Xəbər verdiyimiz kimi, müsəlman ölkəsi olan Qazaxıstanda müqəddəs kitabımız olan Qurani- Kərimin bəzi surələrinə qadağa qoyulub. Buna səbəb kimi həmin surələrin ?ekstremist? məzmunlu olması göstərilib. Azərbaycan İslam Partiyasının keçmiş sədri, dini ekspert Hacı Hacıağa Nuri isə bunu Qazaxıstan dövləti üçün utancverici bir hadisə kimi qiymətləndirib. O, Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, bu addımı atanlar mütləq cəzalandırılmalıdır: ?Quran elə bir kitabdır ki, bütün bəşəriyyət tərəfindən qəbul olunub. 1400 illik tarixi ərzində heç zaman öz təravətinin itirməyib. Bu məsələyə münasibətimiz birmənalı olaraq mənfidir. Bu, Qazaxıstan dövləti üçün utancverici bir işdir. Hesab edirəm ki, bu, İslama düşmən olan beynəlxalq sionizmin yeritdiyi siyasətin nəticəsidir. Biz qəti şəkildə buna etiraz edirik?. Ekspert bənzər hadisənin ölkəmizdə də baş verə bilmə ehtimalının olmadığını söyləyib: ?Belə bir şey mümkün deyil. İki məscidin qanunsuz olaraq sökülməsi bütün xalqı ayağa qaldırdı. Ölkə prezidentləri daim Konstitusiya kitabı ilə yanaşı, Qurani-Kərimə də and içirlər. Belə bir işə yol verilərsə, bu, birbaşa ölkə prezidentinin şərəf və ləyaqətinin alçaldılması hesab olunmalıdır. Ən əsası isə millətimiz bunu qəbul etməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA