Həssas qruplardan yazanlar ekspert qıtlığı çəkməyəcəklər

img

01-10-2009 [01:54]


Bu gün Azərbaycan Media Mərkəzində ?Hüquqi İnkişaf və Demokratiya? İctimai Birliyinin təşkilatçılığı ilə mətbuatda həssas qruplarla bağlı araşdırma yazan jurnalistlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Hüquqi İnkişaf və Demokratiya? İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva ölkə mətbuatında ?bizimlə, bizlərdən biri kimi? devizi ilə keçirilən kampaniyanın nəticələrinin bəlli olduğunu bildirib. Onun sözlərinə görə, kampaniyada məqsəd medianın diqqətini həssas qrupların problemlərinə (narko istifadəçilər, seks-biznes işçiləri, HİV-lə yaşayan insanlar) cəlb etmək və KİV-lərin bu qrupla bağlı mövzuların işıqlandırılmasına münasibətinin dəyişdirilməsinə nail olmaqdır: ?Biz bu yaxınlarda belə mövzularda ekspert qıtlığının aradan qaldırılması üçün həssas qruplarla işləyən ekspertlərin kontakt əlaqələri ilə birlikdə kitabça hazırlayaraq bütün KİV-lərə təqdim edəcəyik?. Yazıları analiz edən ekspert qrupunun üzvü, hüquq müdafiəçisi Mehriban Zeynalova isə bu təşəbbüsün ürəkaçan olduğunu bildirib. Onun qənaətincə, son vaxtlar jurnalistlər belə mövzulara az toxunurlar: ?Əslində bu əsas mövzu olaraq gündəmdə saxlanılmalıdır. Bu mövzuda yazan jurnalitstlərin yazırlarında müəyyən qədər qüsurların da olduğunu demək lazımdır. Açıq-aşkar görünürdü ki, yazılarda jurnalistlər ekspert qıtlığı çəkirlər. Halbuki bu işlə məşğul olan QHT-lər və dövlət orqanları var. Lakin nədənsə jurnalist tərəfindən buna cəhd edilmir. Bundan əlavə, jurnalistlər belə mövzulara fahişəlik prizmasından yanaşırlar. AİDS gözəllik salonlarından və stomotoloji kabinetlərdən də keçə bilər. Yazılarda AİDS-lə bağlı məlumatlandırmaya da zəif toxunulmuşdur?. Ekspert qrupunun digər üzvü Rüfət Nəsibov isə həssas qruplarla bağlı mövzuların çox olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə artıq medianın fəallığı daha aydın hiss edilir. Qeyd edək ki, kampaniyanın yekunlarına görə, aşağıdakı media nümayəndələri fəal iştirakına görə, diplom və pul mükafatına layiq görülüblər: 1.Pərvin Abbasov ? Lent az. Onlayın xəbər portalı 2.Səbinə Əliyevə ? ?Zerkalo? qəzeti 3.Ceyhun Nağı ? ?Bizim yol? qəzetindəki yazısına görə 4.Naildə Rövşənqızı ? ?Yeni Müsavat? qəzeti 5.Lalə Musaqızı ? müstəqil jurnalist 6.Zülfiyyə Quliyeva ? ?Mərkəz? qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA