Təhsil naziri xərclənəcək milyonların taleyinə aydınlıq gətirdi

img

01-10-2009 [12:49]


Bu gün Təhsil Nazirliyində Azərbaycan hökümət ilə Dünya Bankı arasında Maliyyələşdirmə Sazişinin imzalanması ilə əlaqədar dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, bu saziş Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına 8 milyon ABŞ dolları ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyası kreditinin ayrılmasını nəzərdə tutur. Layihənin ümumi dəyərinin 10 milyon dollar təşkil etdiyini söyləyən nazir, qalan 2 milyon dolların Azərbaycan höküməti tərəfindən maliyyələşdirildiyini bildirib. M.Mərdanovun sözlərinə görə, saziş Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm tərəfindən imzalanacaq. Layihənin əsas məqsədi priotet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərərililiyinin artırmasından ibarətdir. Layihə, layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsi, yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsi nəzərdə tutulur. Nazir, layihənin 4 komponentdən ibarət olduğunu da bildirib. Birinci komponent mövzular üzrə potensialın gücləndirilməsidir. Bu komponent üçün 4,1 milyon ABŞ dolları ayrılıb. İkinci komponent konkret sektorlar üzrə potensialın gücləndirilməsi ilə bağlıdır. Bunun üçün 3,1 milyon ABŞ dolları ayrılıb. Üçüncü komponent kadr potensialının gücləndirilməsini dəstəkləyəcək fəaliyyətlərlə əlaqəlidir. Bu komponent üçün 1,1 milyon ABŞ dolları ayrılıb. Dördüncü komponent isə layihənin icrası məsrəflərini maliyyələşdirəcək. Bu 0,7 milyon ABŞ dolları təşkil edəcək və layihə 2013-cü ildə həyata keçiriləcək. Xatıladaq ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə üzv qəbul edilib. Həmin vaxtdan başlayaraq ölkədə 42 layihənin maliyyələşdirilməsi üçün ümumi öhdəliklər 2,16 milyard ABŞ dolları təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA