iki Dairə Seçki Komissiyasının adı dəyizdirildi

img

30-09-2009 [06:58]


Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, sentyabr ayında Dairə Seçki Komissiyalarının sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisasartırma kursları keçirilib. Onun fikrincə, bu kurslar seçki prosesi zamanı müsbət nəticələr verir. Komissiyanın iclasında 3 saylı Babək-Kəngərli Seçki Dairəsinin 3 saylı Babək-Kəngərli-Naxçıvan, 78 saylı Lerik-Lənkəran Seçki Dairəsinin isə 78 saylı Lerik Seçki Dairəsi adlandırılması barədə qərar qəbul olunub. Bəzi dairə seçki komissiyalarının tərkibində isə dəyişiklik edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA