?GEN? MMC-nin məhkəməsi Avropada bitə bilər

img

30-09-2009 [05:23]


?Mən, ?GEN? MMC ilə bağlı keçirilən məhkəmənin gedişatından narazıyam. Bundan əlavə, adıçəkilən məhkəmənin istintaqının qeyri-obyektiv aparılmasına görə, dəfələrlə baş prokurorluğa məlumat versəm də, cavab ala bilmədim?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov deyib. V.İsgəndərov məhkəmə qarşısında qaldırdığı vəsadətlərin qanunsuz olaraq təmin edilmədiyini də bildirib: ?Halbuki qanunda yazılır ki, 10 gün ərzində hər hansı bir vətəndaşın vəsadəti təmin edilməlidir. Lakin mənim qaldırdığım vəsadətlərə cavab verilmədi. Ona görə də dünən keçirilən məhkəmə prosesini tərk etdim. Vəsadət qaldırmışam ki, heç olmasa, mənzil-kommunal xidmətinin əməkdaşları, Murad və Fərid dadaşovlar və ?GEN? MMC-nin reklamı getmiş televiziyaların reklam şöbəsinin əməkdaşları məhkəmə prosesinə cəlb edilsinlər. Necə ola bilər ki, heç bir müqavilə olmadan adıçəkilən şirkətin reklamı gedir? Açıq-aşkar görünür ki, məhkəmənin bu şəxslərə gücü çatmır. Murad Dadaşov istintaqda özü də ifadə verib ki, qardaşı Fəridin vasitəsilə 50 min dollar pul alıb?. Hüquq müdafiəçisinin sözlərinə görə, hakim Eynulla Vəliyev məsələni zərərçəkmişlərlə deyil, müttəhimlərlə müzakirəyə çıxarır: ?Öyrədilmiş 3 zərərçəkmiş deyir ki, nəyə görə Vidadi İsgəndərov televiziyalarımızı və bizim hörmətli şəxslərin adını hallandırır? Konstitusiyanın 25-ci maddəsinə görə, hər kəs qanun və məhkəmə qarşısında cavabdehlik daşıyır. Təsəvvür edin, 3 ay müddətində məhkəmə şahid qismində Murad və Fərid Dadaşov, ?GEN? MMC-nin reklamı getmiş televiziyaların reklam şöbəsinin əməkdaşları və digərlərini məhkəməyə dəvət edə bilmədi?. V.İsgəndərov onu da nəzərə çatdırıb ki, Elbrus Əliyevin anasının istintaqa təqdim etdiyi kitabda məhkəmə prosesində rüşvət almış şəxslərin adları qeyd olunub: ?Amma həmin kitabı da məndən gizlətdilər. Elbrus Əliyev məhkəmədə deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qeyri-rəsmi ödənişlər edib. Amma soruşan yoxdur ki, qeyri-rəsmi ödəniş nədir, niyə etmisən? ?. V.İsgəndərov onu da bildirib ki, ?GEN? MMC ilə bağlı gedən məhkəmə prosesi bir tamaşadır. Hüquq müdafiəçisi haqsızlıqla bağlı Avropa Şurasının İnsan Haqqları Məhkəməsinə qədər gedəcəyini də deyib: ?Yuxarıda adlarını çəkdiyim şəxslər Qanun qarşısında məsuliyyət daşıyaraq mülki qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir və zərərçəkmişlərə dəyən zərər qaytarılmalıdır. Onlar insanların hüquqi savadsızlığından istifadə edərək, onları mənim əleyhimə qaldırırlar. Ancaq mən bu işin arxasınca sonadək gedəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA