Binəqədi rayon icra Hakimiyyəti məhkəmədən yayınır

img

30-09-2009 [04:02]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) ilə ?Azərbaycan Dəmir Yolları? QSC arasındakı məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. N.Əzməmmədov bildirib ki, prosesin təxirə salınmasına səbəb Binəqədi rayon İcra Hakimiyyətindən nümayəndənin məhkəməyə gələməməsidir: ?Məhkəmə prosesə baxış keçirdikdən sonra, Binəqədi rayon İcra Hakimiyyətini 3-cü şəxs qismində prosesə cəlb edib. Proses sentyabrın 28-də baş tutmalı olsa da, 3-cü tərəfin məhkəmə prosindən yayınması prosesin təxirə salınmasına səbəb olub?. N.Əzməmmədov deyib ki, məhkəmə prosesi sentyabrın 8-də baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA