izgəncələr Əleyhinə Komitə iqtidarla müxalifət nümayəndələrini bir araya gətirdi

img

30-09-2009 [03:30]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin nümayəndələri ?Bələdiyyə seçkilərinin monitorinqi və insan hüquqları pozuntularına məruz qalmış şəxslərə yardım? adlı layihə çərçivəsində növbəti dəfə bölgələrə səfər edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən komitənin sədri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Sabirabad və İmişli rayonlarında olublar: ?Orada siyasi partiyaların liderləri ilə görüşlər keçirdik. Rayon icra başçıları bu işdə bizə yaxından köməklik göstərdilər. Tədbirlərdə rayonların həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri iştirak etdilər. Bələdiyyə seçkiləri öncəsi maarifləndirmə işləri apardıq. Belə ki, bəldiyyə seçkiləri zamanı baş verə biləcək hansısa işgəncə faktı ilə bağlı həmin partiyalar bizim komitəyə müraciət edə bilərlər?. Komitə sədri deyib ki, yaxın vaxtlarda digər rayonlara da səfərləri gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA