Avtobusu dayanacaqdan kənarda saxlayan sürücülər cərimələnir

img

30-09-2009 [02:20]


?Bakıda marşrut avtobuslarının dayanacaqdan kənarda saxlanılmasının qarşısının alınması üçün reydlər davam etdirilir. Bu günədək xeyli sayda sürücü bununla bağlı cərimələnib. Həmin faktlarla bağlı aktlar bağlanır və alınan cərimələr sənədləşdirilir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyib. N.Həsənovun sözlərinə görə, neçə sürücüyə qarşı cərimələrin tətbiq olunması ilə bağlı konkret rəqəmlər ayın sonunda açıqlanacaq: ?Qaydaların sərtləşdirilməsində məqsəd sərnişindaşıma xidməti sahəsində nizam-intizam yaratmaqdır. Nəqliyyat müfəttişləri qaydaların tətbiqinə nəzarət məqsədilə paytaxtın müxtəlif ərazilərində reydlər keçirirlər. Dayanacaqlardan kənarda avtobusların saxlanılması halları xeyli azalıb. Sürücülər özləri də etiraf edirlər ki, bu qaydalar tətbiq olunandan sonra sərnişinlər də dayanacaqdan kənarda avtobus gözləmirlər?. N.Həsənov hazırda reydlərin təkcə şəhərin mərkəzində deyil, ətraf qəsəbələrdə də aparıldığını vurğuladı: ?Avtobusların dayanacaqlardan kənarda saxlaması digər nəqliyyatın da hərəkətinə problem yaradır. Buna görə də çalışırıq ki, həm şəhərin mərkəzində, həm də şəhərətrafı qəsəbələrdə bu qaydalara riayət edilsin?. Qeyd edək ki, cərimənin məbləği 200 manatdan 1000 manatadək müəyyənləşdirilib. Sərnişinlərin də tanış olması üçün yeni qaydalar barədə avtobuslara xəbərdaredici məlumatlar vurulub. Həmçinin avtobusların dayanacaqlara rahat şəkildə daxil olması üçün belə yerlərdə taksilərin saxlanması qadağan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA