QHT Şurası ilə bağlı məhkəmə prosesinə start verildi

img

30-09-2009 [02:07]


Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia əsasında məhkəməyə hazırlıq iclası keçirilib. Məhkəmədə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi və qarşı tərəf kimi Şuranın Apelyasiya Komissiyasının sədri Sahib Məmmədov və onun katibi, hüquqşünas Vüsal Quliyev də iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hüquq müdafiəçisi Esmira Orucova məhkəmədə üç vəsadətlə çıxış edib. O, birinci vəsadətində ?XXI əsr? Təhsil Mərkəzinin sədri Etibar Əliyevin məhkəməyə şahid qismində cəlb edilməsini, ikinci vəsadətində 10-27 aprel 2009-cu il tarixədək Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və Şuranın Apelyasiya Komissiyasının sədri Sahib Məmmədovun xarici səfərlərdə olub-olmadığı ilə bağlı xarici pasportlarının çıxarışının məhkəməyə təqdim olunmasını tələb edib: ?Çünki həmin ərəfədə layihəmin taleyi ilə bağlı Şuraya zəng vuranda bildirirdilər ki, ya Şuranın sədri, ya da Apelyasiya Komissiyasının sədri xarici ölkədə səfərdədir?. E.Orucovanın qaldırdığı üçüncü vəsadət Şuranın baş mühasibi Tofiq Həsənovun da məhkəmə prosesinə cəlb edilməsi ilə bağlı olub. Məhkəmə tərəfindən hüquq müdafiəçisinin sonuncu vəsadəti qəbul edilməyib. Məhkəmədə qarşı tərəf kimi çıxış edən Sahib Məmmədov isə Esmira Orucovanın Şuraya qarşı iddialarının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, hüquq müdafiəçisi iddia ərzisini düzgün yazmayıb: ?Esmira xanım iddia ərizəsində cavabdeh tərəf kimi Maliyyə Nazirliyini göstərməlidir. Çünki biz pulu Maliyyə Nazirliyindən alırıq?. Sonda hakim Qurban Abbasov məhkəmənin oktyabrın 15-i saat 15:00-da 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində keçiriləcəyini bəyan edib. Məhkəmədən sonra hüquq müdafiəçisi redaksiyamıza zəng vuraraq bildirib ki, oktyabrın 15-nə təyin edilən məhkəmə prosesinə görə məhkəmə işinə 83 səhifədən ibarət yeni materiallar əlavə edib. E.Orucova bugünkü məhkəmənin tam obyektiv keçirildiyini və növbəti məhkəmədə ədalətli qərar qəbul ediləcəyinə ümid etdiyini də bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA