Sabahdan həqiqi hərbi xidmətə çağırız bazlayır

img

30-09-2009 [12:55]


Oktyabrın 1-dən həqiqi hərbi xidmətə növbəti çağırış başlayır. Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə növbəti çağırışı həyata keçirməyə tam hazırdır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazirlikdə yaradılan və sentyabrın 25-dən fəaliyyət göstərən ?Qaynar xətt?ə edilən zənglərin sayı barədə növbəti günlərdə məlumat veriləcək. Qeyd edək ki, ?qaynar xətt?ə (438 61 10, 439 23 55 , 439 90 28, 439 55 14) zəng etməklə hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri və yaxınları övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə bilərlər. Həmçinin, vətəndaşların müvafiq hərbi komissarlıqlar vasitəsi ilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilməsi mümkündür. Çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi yanında işçi qrupu fəaliyyət göstərir. Bununla bağlı vətəndaşlar 439 23 76, 438 61 31, 438 61 74 telefon nömrələrinə zəng edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA