Gənc Yurdsevərlər Birliyinin sədri seçki hazırlıqları ilə bağlı bölgələrə gedəcək

img

30-09-2009 [12:13]


Gənc Yurdsevərlər Birliyinin sədri bölgələrə səfər edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Gənc Yurdsevərələr Birliyinin sədri Tağı Kərimli məlumat verib. İmişli, Beyləqan, Füzuli və Ağdam rayonlarına səfər edəcəyini söyləyən Tağı Kərimli məqsəd bələdiyyə seçkilərinə hazırlıq olduğunu bildirib: ?Bildiyiniz kimi, bu ilki bələdiyyə seçkilərində də məcburi köçkünlər seçki hüququndan məhrum edildilər. Müvəqqəti məskunlaşdığımız ərazilərdə namizədliyimizi irəli sürə bilmədiyimizə görə çalışacağıq ki, həm Füzuli rayonunda, həm də Ağdam rayonunda bələdiyyə seçkilərində iştirak edək?. Azərbaycanın digər bölgələrindən də məcburi köçkün olmayan üzvlərinin seçkidə iştirak edəcəyini söyləyən GYB sədri uğur əldə edəcəklərinə inandığını qeyd etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA