Gənclər və idman naziri Azad Rəhimov Kopenhagenə gedir

img

30-09-2009 [12:07]


2016-cı il üçün XXXI Olimpiya Oyunlarına ev sahibliyi edəcək namizəd şəhərlərin təqdim edilməsi, seçilməsi və BOK-un prezidenti tərəfindən qalib şəhərin elan olunması Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyasında gerçəkləşəcək. Gənclər və İdman Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyası və XIII Olimpiya Konqresi 1-9 oktyabr 2009-cu il tarixdə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək. XIII Olimpiya Konqresində idmançılar, federasiyalar və Milli Olimpiya Komitələri arasında münasibətlər, məşqlərdə və yarışlarda sağlamlığın qorunması, Olimpiya Hərəkatının strukturu, muxtariyyəti, idmanın daha səriştəli idarə olunması və idmanda etika, gənclər idman tədbirləri və bir sıra mövzular barədə müzakirələr planlaşdırılır. Dünyanın idman sahəsində məsul rəhbərlərinin toplaşacağı bu tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA