ETSN ekoloji qanunvericiliyi pozanlara 11100 manat məbləğində cərimə tətbiq edib

img

30-09-2009 [11:52]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 14-27 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Müstəqil İnformasiya Agentliyini xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 göstəriş verilib. Ümumilikdə 7 iş üzrə 11100 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 4 iş üzrə 860, 36 manat məbləğində iddia qaldırılıb. Yerin təkinin mühafizəsi sahəsində 4 protokol tərtib olunmuş və 1 iş üzrə 3000 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsi ilə bağlı 3 akt tərtib olunub. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunub, 4 iş üzrə 6500 manat məbləğində cərimə tətbiq olunub. Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilib. Floranın mühafizəsi sahəsində 1 akt tərtib olunubş və 2 iş üzrə 1600 manat məbləğində cərimə tətbiq edilib və 4 iş üzrə 860,36 manat məbləğində iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA