Kənd Təsərrüfatı Nazirliyi yağızların pambıq yığımına mane olduğunu bildirir

img

29-09-2009 [05:29]


?Aldığımız son məlumata görə, 6,2 min ton pambıq tədarük edilib. Demək olar ki, sentyabr ayında 8-10 gün pambıq yığılıb. Səbəb isə son günlər ölkəmizdə yağıntılı, qeyri-sabit hava şəraitinin olmasıdır. Onu da bildirmək istəyirəm ki, bu il 21 min hektardan yuxarı əkin aparılıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Rövşən Əliyev deyib. Onun sözlərinə görə, pambıq sahələrindən 40 min ton məhsuldarlıq var: ?Lakin yağışların intensiv xarakter alması səbəbindən pambıq sahələrinə girmək qeyri-mümkündür. 40 min ton məhsuldarlıqdan cəmi 6 min ton yığılıb. Nəzərinizə çatdırım ki, yalnız sentyabrın 25-26-sı hava yaxşı olduğundan bir qədər pambıq yığmaq olub. Əsasən də pambıqçılıq rayonlarında leysan xarakterli yağışlar yağır. Ona görə indidən hesabat verməklə özümüzü aldatmış olarıq?. Rövşən Əliyev onu da bildirib ki, pambıqçılığın inkişafı üçün Azərbaycanda kifayət qədər potensial imkanlar var: ?Təbii ki, bu sahə üzrə ölkəmizdə tədarük bazası, emal və istesal sənayesi mövcuddur. Biz yaxın gələcəkdə qeyri-neft sektorunda ən vacib sahə kimi pambıqçılıq sahəsini görürük. Bundan əlavə, adıçəkilən sahə üzrə məşğul olan sahibkarlara subsidiyalar ayırılıb. Onlar torpaq vergisindən başqa bütün vergilərdən azad ediliblər. ?Aqrolizinq? vasitəsi ilə bu sahibkarlara da güzəştli gübrələr 50 faizdən verilir. Bundan əlavə, səhmdar şirkətləri pambıq istehsalçılarına sahələrini əkib-becərmək məqsədilə qabaqcadan avans verir. Onu da etiraf edim ki, bizdə bu sahədə güclü sənaye qurulmadığından daxili təlabatımızı ödəmək iqtidarında deyilik. Ona görə də hökumət bu sahə üzrə bir sıra işlər görməkdədir. Bütün sahələrdə olduğu kimi pambıq istehsalı ilə məşğul olan sahibkarlara da texniki cəhətdən müəyyən şəraitlər yaradılır. Yalınz pambıq yığımı əl üsulu ilə aparılır. Artıq ölkəmizdə pambıqçılıqla məşğul olan şirkətlər bu problemi də aradan qaldırmaq üçün yeni texnikalar alıblar. Belə ki, ?MKT? şirkəti bu məqsədlə Amerikadan 20-yə yaxın kombayın alıb. Bu texnikalar yüksək keyfiyyətli və müasir tipli kombayınlardır. Hesab edirik ki, bu şirkətlərin köməyilə ölkədə pambığın əkilib-becərilməsi və yığılması yüz faizlik mexanikləşdirilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA