?icbari Tibbi Sığorta: Səhiyyə sisteminin inkizafının əsas elementi kimi? adlı laihəsinin hesabatı verildi

img

29-09-2009 [03:57]


İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi hesabına həyata keçirilmiş ?İcbari Tibbi Sığorta: Səhiyyə sisteminin inkişafının əsas elementi kimi? adı altında İctimai Maarifləndirmə Kampaniyasının yekunları haqqında Caspian Plazada Final Konfrans təşkil edib. Layihə çərçivəsində hesabat hazırlanmış və çap olunmuş hesabat hökumət qurumları, beynəlxalq təşkiltlar və QHT-lər, kitabxanalar, tibb və ali təhsil müəssisələri arasında paylanıb. Tədbirdə çıxışan edən İSİM rəhbəri Vüqar Bayramov bildirmişdir ki, icbari tibbi sığortanın tətbiqin mümkünlüyü araşdırılmış və belə nəticəyə gəlinmişdir ki, tibbi sığortanın tətbiqi xüsusən maddi imkanları aşağı olan əhali kateqoriyalarının tibbi problemlərinin həllində müsbət rol oynaya bilər. 1999-cu ildə Azərbaycanda tibbi sığorta haqqında qanun qəbul edilsə də, bu istiqamətdə hələ xeyli islahatlar aparılmalıdır. Azərbaycanın səhiyyə büdcəsində artım olsa da, ÜDM-də səhiyyə büdcəsinin xüsusi çəkisi hələdə azdır. Bundan başqa, tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi də ölkədə tibbi sığorta sisteminin inkişafını ləngidən amillərdən olduğu üçün bu məsələyə də ciddi diqqət verilməsi vacibdir. Nəşr edilən hesabatda həmçinin qabaqcıl beynəlxalq təcrübə araşdırılmış və onların tətbiqi imkanlarına xüsusi yer verilmişdir. Layihə çərçəvəsində Tərtərdə və Salyanda tibbi sığortanın tətbiqi imklanları ilə bağlı tədbirlər keçirilmişdir. İyunun 6-da Tərtər rayonunda, iyunun 17-də isə Salyan şəhərində səhiyyə işçiləri üçün seminar təşkil edilmişdir. Keçirilən tədbirlər KİV-də geniş işıqlandırılmış və layihə ilə bağlı ictimaiyyətə məlumat verilmişdir. V. Bayramov əlavə etmişdir ki, yaxın perspektivdə dövlət büdcəsindən səhiyyə sahəsinə investisiya qoyuluşları və cari xərclərin dinamik şəkildə artması gözlənilir. Amma orta və uzunmüddətli perspektivdə səhiyyə xərclərinin artım sürəti aşağı düşəcək. Bu baxımdan, özəl sektorun indidən səhiyyəyə investisiyaların qoyulmasına cəlb edilməsi üçün müvafiq dövlət qurumları lazımi tədbirlər həyata keçirməlidir. Bundan başqa, nazirliyin tabeliyində olan iri tibb müəssisələri özünümaliyyələşdirmə sisteminə keçirilməli, onlara maliyyə müstəqilliyi verilməli və idarəetmə təkmilləşdirilməlidir. Daha sonra tədbirdə hökümət nümayəndələri, patlament üzvləri, ekspertlər çıxış edərək tibbi sığortanın tətbiqi imkanları ilə bağlı öz fikirlərini bölüşmüşdürlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA