Elçin Behbudov Sabirabad, Saatlı, imizli rayon polis zöbələrində monitorinq keçirib

img

29-09-2009 [02:47]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Sabirabad, Saatlı İmişli rayonlarının rayon polis şöbələrində monitorinq keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri özü məlumat verib. Onun sözlərinə görə, monitorinqlər mütəmadi olaraq aparılır: ?Yaxın Günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimai nəzarət Şurasının adından 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində monitorinq keçirdik. Monitorinq çərçivəsində Əliməmməd Nuriyevlə görüşdüm. Bu günlərdə digər cəzaçəkmə müəssisələrində də monitorinqlər keçirməyi planlaşdırırıq?. Komitə sədri deyib ki, ATƏT-in xətti ilə Ukraynada insan haqları ilə bağlı keçiriləcək konfransda iştirak edəcək: ?Bundan başqa, noyabrın 3-də BMT-nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan dövlətinin hesabatı dinləniləcək. Biz də həmin konfransa alternativ hesabatla çıxış edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA