ümid Partiyasından müxalifətin birliyi naminə Müsavata barız təklifi gəldi

img

29-09-2009 [02:41]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı daxilində son günlər yaşanılan gərginliklər Ümid Partiyası tərəfindən də narahatlıqla qarşılanıb. Artıq Hərəkata daxil olan əksər partiyalar öz mövqelərini ifadə edərək ümumi birliyimizin qorunmasının tərəfdarı kimi çıxış ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ümidl Partiyası məsələylə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, biz Ümid Partiyası olaraq bu fikirləri sona qədər dəstəkləyir və bəyan edirik ki, cəmiyyətin bu gün daha çox məhz bizim birliyimizə, birgə fəaliyyətimizə ehtiyacı olduğu, cəmiyyət tərəfindən müxalif düşərgənin vəhdətinin sifariş şəklində ortaya qoyulduğu bir məqamda bizim heç birimizin bu sosial istəyə qarşı çıxmağa haqqımız yoxdur. Ümid Partiyası olaraq qeyd etmək istəyirik ki, ilk günündən 18 Mart referendumu öncəsi təməli atılan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının dayaqlarının daha da möhkəmləndirilməsinə, hətta bir siyasi blok şəklində fəaliyyət göstərə bilməsinə çalışmışıq və bundan sonra da həmin prinsiplərimizə sadiqik. Onu da təəssüflə qeyd edirik ki, son günlər Müsavat Partiyası ilə Ümid Partiyası arasında yaşanılan və bizim tərəfimizdən anlaşılmazlıq kimi kimi qəbul edilən bu gərgin abhavanın ömrünün uzanması əslində, nə uzun illərdir demokratiyanın həsrətiylə yaşayan Azərbaycan xalqının, nə də uzun illərdir müxalifət düşərgəsində mübarizə aparan, əzmkarlıq, fədakarlıq nümayiş etdirən minlərlə tərəfdaşımızın maraqlarına uyğun deyil, əksinə əks qütbün mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət etməkdədir. Bu gün müxalifətin birliyi təhlükə altındadırsa, bunun xeyrini cəmiyyət görməyəcək, bunun zərbəsini isə uğrunda mübarizə apardığımız böyük və qüdrətli Azərbaycan amalı alacaq. Odur ki, belə bir həssas məqamda sona qədər müxalifətin böyük birliyi kimi təqdim olunan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının qorunmasına çalışacağımızı bəyan edir və birgə ağır yollar keçdiyimiz Müsavat Partiyasına da bir yerdə qərar verdiyimizi xatırladaraq, heç bir şərt irəli sürmədən yolumuza davam etməyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA