Ilham Əliyev: "Azərbaycanın izğal olunmuz bütün torpaqları izğalçı qüvvələrdən tezliklə təmizlənə bilər"

img

29-09-2009 [11:39]


Rumıniyada səfərdə olan prezident İlham Əliyev sentyabrın 28-i Buxarestdə həmkarı Trayan Besesku ilə əvvəl təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra İlham Əliyev və Trayan Beseskunun iştirakı ilə sənədlər imzalanıb. Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında birgə bəyannaməni, Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru hökumətlər arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişi qollayıblar. İki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılmasına yönəlik saziş, rabitə və informasiya texnologiyaları, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb. Daha sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Rumıniya prezidenti görüşlərdə regional məsələlərə də toxunulduğunu vurğulayıb: ?Biz regionda dondurulmuş münaqişələr, xüsusən də Dağlıq Qarabağ münaqişəsi məsələsini nəzərdən keçirdik. Bir daha bildirmək istəyirik ki, bununla bağlı Rumıniyanın mövqeyi dəyişməz olaraq qalır. Rumıniya hesab edir ki, dondurulmuş münaqişələrin həlli yalnız və yalnız dinc yolla, mövcud beynəlxalq hüquq norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma əsasında baş tutmalıdır?. İlham Əliyev də media nümayəndələri qarşısında bu məqama toxunub: ?Bütün dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir. Dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Əminəm ki, əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsələr, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həll oluna və Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçı qüvvələrdən tezliklə təmizlənə bilər?. Dünən axşam Trayan Besesku və xanımı Mariya Beseskunun adından İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA