Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Masallıda selin yaratdığı problemlərlə maraqlanıb

img

28-09-2009 [06:05]


Təbii fəlakət nəticəsində Azərbaycanın Masallı rayonunda yüzlərlə hektar əkin sahələri, inzibati binalar, məktəblər və yaşayış evləri su altında qalıb. Rayon Fövqəladə Hallar Komitəsinin ən son məlumatına görə, 20-dən çox kənd, bütövlükdə Masallı şəhəri sel suları altındadır. 25-dən çox ev tamamilə dağılıb, 100 baş mal-qaranı, çox sayda ev quşunu su aparıb. Evakuasiya olunmuş sakinlər yaxınlarının evlərinə yerləşdiriliblər. Hazırda Fövqəladə Hallar Nazirliinin səlahiyyətli şəxsləri və maşın texnikası hadisə yerindədir. Təbii fəlakətin nəticələri tədricən aradan qaldırılır. Əraziyə çadırlar gətirilib. Fövqəladə hallar nazirinin müavini Eitbar Mirzəyev bu gün rayona gəlib, sakinlərlə görüşüb. Nazir müavini sakinlərə lazımi yardımlar göstəriləcəyini bildirib. Lənkəran Zoologiya Müəssisəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 12 saat ərzində rayona 1 aylıq norma həcmində -155 mm həcmində yağıntı düşüb. Masallı rayonunun elektrik enerjisi təminatında böyük fasilələr var. Xatırladaq ki, bu gecə Azərbaycanın Masallı rayonunda yağan güclü yağış təbii fəlakətlə nəticələnib. Güclü yağış iri və xırda çayların məcrasından çıxmasına səbəb olub. Çayların daşması nəticəsində əksər kəndlər su altında qalıb. Daha çox rayonun yuxarı dağətəyi kəndləri zərər çəkib: Bambaşı, Qızılavar, Türkoba, Bədəlan, Mollaoba, Babasel, Bərbəlan və s. Kəndlərdə suyun hündürlüyü bir metrdən artıqdır. Gecə ikən ağır texnikanın köməyi ilə əhali təhlükəli yerlərdən evakuasiya edilib. Hazırda rayonda elektrik enerjisi yoxdur, yağış isə kəsilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA