Bayılda sürüzmə təhlükəsi davam edir

img

28-09-2009 [04:06]


Bayıldakı sürüşmə zolağında təhlükə sovuşmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səbail Rayon İcra Hakimiyyətinin İctimai Şöbə müdiri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə, sözügedən zonada Nazirlər Kabinetinin və Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən xüsusi mayaklar quraşdırılıb: ?Həmin mayaklar gündəlik nəzarət altındadır. Ötən müddət ərzində oradakı vəziyyətlə bağlı heç bir dəyişiklik müşahidə olunmayıb. Həmçinin orada hər hansı tikinti işlərinin aparılmasına icazə verilmir. Amma təhlükə sovuşub demək olmaz. Həmin ərazi sürüşməyə meyilli zonadır. Hazırda hələki sürüşmə hadisəsi yoxdur?. Ərazidə yaşayan 150-yədək ailənin köçürülməsinə gəlincə isə şöbə müdiri deyib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı gözlənilir: ?Məsələylə alaqədar ötən ilin dekabr bu ilin yanvar aylarında mövcud vəziyyətin invertarizasiyası aparılıb. Hələ ki, qərarın nə zaman veriləcəyi haqda məlumatımız yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA