Sabah yağız leysan xarakterli olacaq

img

28-09-2009 [01:47]


Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti müşahidə olunacaq və yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, yaxın günlərdə Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin intensiv olacağı ehtimalı var: ?Gündüz yağıntının kəsiləcəyi, günün ikinci yarsında isə dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək. Mülayim Şimal-Qərb küləyi əsəcək, arabir küləyin sürəti yüksələcək. Gündüz 17-20 dərəcə isti olacaq?. A.Verdiyev bildirib ki, Azərbaycanın bölgələrində sentyabrın 29-da yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Gecə və səhər isə dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlıq ərazilərdə gündüz saatlarında 16-20 dərəcə isti, dağlarda 9-14 dərəcə isti müşahidə olunacaq. A.Verdiyevin sözlərinə görə, sentyabrın 30-u və oktyabrın 1-də dəyişkən buludlu və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq: ?Şimal-Qərb küləyi əsəcək. Gündüz 20-23 dərəcə isti gözlənilir. Oktyabrın 1-də gündüz küləyin istiqaməti arabir yüksələcək. Gündüz 18-20 dərəcə isti gözlənilir. Sentyabrın 30-u və oktyabrın 1-də Azərbaycanın bölgələrində yağış yağacağı gözlənilir. Respublikanın Şərq rayonlarının bəzilərində havanın intensiv olacağı ehtimalı var. Şərq rayonlarında yağıntıların tədricən kəsiləcəyi, əsasən yağmursuz hava şəraiti olacağı gözlənilir. Lakin oktyabrın 1-də axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Gündüz 19-24 dərəcə isti gözlənilir. Dağlarda isə gündüz 10-15 dərəcə isti olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA