Gənclər üçün Təhsil Mərkəzi Füzuli Qayıdız qəsəbəsində layihəyə bazlayıb

img

28-09-2009 [11:52]


Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı ?Şagird İnkişaf Komitəsi konsepsiyası? layihəsinin növbəti mərhələsinə başlayıb. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur. Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir. Artıq layihənin effektiv icra edilməsi, eləcə də Komitənin işinin səmərəli təşkili məqsədilə Füzuli rayon Qayıdış qəsəbəsinin 4 saylı məktəbində xüsusi yer ayrılmışdır. Buraya zəruri texniki avadanlıqlar, xüsusilə də ofis və kompyuter avadanlıqları təqdim edilib. Qeyd edək ki, yaxın günlərdə rəsmi açılış mərasimi olacaq Şagird İnkişaf Komitəsi Qayıdış qəsəbəsində təhsil alan şagirdlər tərəfindən formalaşdırılacaq və seçiləcək idarə heyəti tərəfindən idarə olunacaq. Hazırda layihə heyəti Füzuli rayonunun Qayıdış qəsəbəsini əhatə edən bütün məktəblərdə həm şagirdlər, həm müəllimlər və həm də valideynlərlə görüşlər təşkil edir, onların bu layihə barədə məlumatlandırılmasını təmin edir və fikirlərini öyrənirlər. Bununla yanaşı layihənin təlimçi heyəti şagirdlər üçün müəyyən edilmiş günlərdə müxtəlif qeyri-formal təhsil təlimləri təşkil edir. Qeyd etmək lazımdır ki, layihənin əhatə etdiyi hədəf qrupun internetə çıxış imkanı yoxdur və orada abituriyentlərin ali məktəblərə qəbulla bağlı ciddi problemləri mövcuddur. Bu baxımdan layihə heyəti həmin abituriyentlərə həm texniki, həm də təşkilati dəstək göstərir. Yaxın vaxtlarda Qayıdış qəsəbəsində Şagird İnkişaf Komitəsinin idarə heyətinə hər bir orta məktəbdə seçkilər keçiriləcək və ümumi sayı 11 nəfərdən olan idarə heyəti formalaşacaq. 2 il davam edəcək bu layihə çərçivəsində şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris olunacaq, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək veriləcək, müxtəlif nəşrlər hazırlanacaq, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşləri keçiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA