Elmar Məmmədyarov Davutoğlu ilə son vəziyyəti müzakirə edib

img

27-09-2009 [04:55]


Cari ilin 26 sentyabr tarixində Nyu-Yorka işgüzar səfəri çərçivəsində nazir E.Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır. Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyəti müzakirə etmişlər. Nazir E.Məmmədyarov nizamlanmaya dair ölkəmizin mövqeyini diqqətə çatdırmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan regionda sülh və sabitliyin təmin olunmasının mümkünsüzlüyünü bildirmişdir. Görüşdə NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi məsələsi də müzakirə edilmiş və nazir Əhməd Davutoğlu artıq Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən bu hərəkətlərin qeyri-qanuni olması ilə bağlı rəsmi açıqlama verildiyini qeyd etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA