Babək prospektindəki yeni açılan yol qovzağında tıxac yaranıb

img

26-09-2009 [02:56]


Prezident İlham Əliyevin iki gün öncə açılışında iştirak etdiyi paytaxtın Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində yerləşən yeni yol qovşağı nəqliyyat vasitələrinin gediş-gəlişinin normallaşdırılması əvəzinə vəziyyəti daha da pisləşdirib. Müstəqil İnformasiya Agentliyinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində yerləşən yeni yol qovşağında tıxac yaranıb. Belə ki, asfalt döşəyən və digər tikinti işləri zamanı lazım olan texnikanın yolun kənarında yığılması nəqliyyat vasitələrinin normal gedişatını məhdudlaşdırıb. Müxbirimiz onu da bildirib ki, böyük bir tıxacın yaranmasına baxmayaraq, yol polisi əməkdaşları ərazidə görünmürlər. Post patrul xidmətinin əməkdaşları isə tıxacın aradan qaldırılması istiqamətində hər hansı bir iş apara bilməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA