isa Qəmbər: ?Bəziləri Müsavatın seçki komissiyalarında iztirakdan imtina təklifi ətrafında spekulyasiyalar, cığallıqlar edir?

img

26-09-2009 [02:22]


Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda Məclis üzvlüyünün təsdiqi, bələdiyyə seçkilərinə hazırlıq, ölkədə ictimai-siyasi vəziyyət, cari məsələlər müzakirə edilib. Müsavat Partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bələdiyyə seçkiləri və 2010-cu il fəaliyyət proqramı ilə bağlı çıxış edib. Planda partiyanın 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirakı, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığının bərpası, seçki komissiyalarının paritet əsaslarla formalaşdırlması, parlament və bələdiyyə seçkilərinində proporsional seçki sisteminin tətbiqi, şəhər və rayon bələdiyyələrinin sədrlərinin seçki yolu ilə müəyyən edilməsi, siyasi partiyaların dövlət düdcəsindən maliyyələşmsi, Azərbaycanın parlamentli respublikaya keçidi üçün təkliflərin hazırlanıb ictimai müzakirəyə çıxarılması öz əksini tapıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə ölkədə baş verən ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib: ?Azərbaycan hakimiyyəti Madrid prinsiplərini uğurlu siyasət adı altında xalqa sırımağa çalışır. Anqcaq heç kimə sirr deyil ki, bu əslində, Dağlıq Qarabağın itirilməsi deməkdir. Bu biabırçı rejim ölkənin dünya birliyindən təcrid edir. 3 jurnalistin bu günə qədər azadlığa buraxılmaması və ya iki günahsız gəncin iki yaxındır ki, həbsdə saxlanılması bu hakimiyyətin səhv siyasəti deyilmi? Bütün dünya hakimiyyətin siyasətinə mat qalıb. Bundan əlavə, ölkənin siyasəti ağır durumdadır. Lakin mövcud hakimiyyət xalqın beyninə sırımaq istəyir ki, inkişaf edirik. İqtisadiyyatımız yalnız neft üzərində qurulub. Məgər budur indiki hakimiyyətin hər dəfə səsləndirdiyi uğurlu siyasət? Dövlət büdcəsinin azaldılmasına görə mənasız arqumentlər gətirirlər. Hamıya məlum olsun ki, bu rejim çürüyür və artıq bu çürümü prosesi daha da intensivləşməkdədir. Hesab edirik ki, problemlərin həlli indiki iqtidarın hakimiyyətdən getməsi və bu məsələdə xalqın seçiminin olmasıdır?. İsa Qəmbər qarşıdan gələn bələdiyyə seçkilərinə də toxunub. Onun sözlərinə görə, Müsavat Partiya demokratik qüvvələrlə hər zaman seçkilərdə iştirak etməyə hazırdır: ?Qərara alınıb ki, bələdiyyədə nə qədər yer varsa, biz ora daha çox namizəd tapa bilək. Bələdiyyə seçkilərində məqsəd bu seçilərdə bazara yaratmaqlar gələcəkdə parlament seçkilərində normal iştirak etməkdir. Biz Müsavat olaraq seçki komissiyalarından imtina etmişik. Bununla biz beynəlxalq təşkilatları da seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması işində daha aktiv olmasına sövq etməyi düşünürük. Amma bəziləri Müsavatın seçki komissiyalarında iştirakdan imtina təklifi ətrafında spekulyasiyalar, cığallıqlar edir. Hesab edirəm ki, bu doğru deyil. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların bələdiyyə seçkilərində birgə iştirak etməsi Müsavat Partiyasının təklifidir və mən düşünürəm ki, bu belə də olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA