?Ekoloji Qayğı? ictimai Birliyi hidrobioloji monitorinqin nəticələri açıqladı

img

25-09-2009 [05:59]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ?Ekoloji Qayğı? İctimai Birliyinin reallaşdırdığı ?Ermənistanın Azərbaycana təcavüzü zamanı Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi və dünya ictimaiyyətinə çatdırılması? layihəsi çərçivəsində ?Ermənistan, ekoloji terroru dayandır!? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dəyirmi masanı giriş sözü ilə Birliyin sədri, biologiya elmləri namizədi Süveyrat Həsənova açıb. ?Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında yerləşən bəzi su hövzələrini mikrobioloji-ekoloji durumu?- ( Məruzəçi AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov), ?Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarda yerləşən bəzi su tutarlarının ixtiolji rejimi? ? (Məruzəçi AMEA Zoologiya İnstitutunun Su heyvanları biologiyası şöbəsinin müdiri, biologiya elmləri doktoru Zülfüqar Quliyev), ?Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında yerləşən bəzi su tutarlarının hidrobioloji rejimi? ? (Məruzəçi AMEA Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının müdiri, biologiya elmləri namizədi Adil Əliyev) mövzularında məruzələr dinlənilib. Müzakirələrdə çıxış edən ekoloji təşkilatların rəhbərləri Ermənistanın Azərbaycan ekologiyasına vurduğu sağalmaz yaraların dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini bildiriblər. Dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Amil Səfiyev, Zəngilan Ekologiya idarəsinin rəisi Möhübbət Qurbanov iştirak ediblər. Tədbirin sonunda dünya ictimaiyyətinə müraciət qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA