Allahzükür Pazazadə bu gün Bakıya qayıdır

img

25-09-2009 [03:47]


Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu gün Moskva səfərindən Bakıya qayıdır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, səfər bu gün başa çatır: ?Moskvada keçirilən tədbirdə Şeyx Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdini 50 illik yubileyi münasibətilə təbrik edib. Onlar da öz növbələrində Şeyxi 60 illik yubileyi münasibətilə təbrik edib və xüsusən Bakıya gələrək onun yubiley tədbirində yaxından iştirak edəcəklərini bildiriblər?. R.Dadaşova Şeyxin yubiley tədbirinin noyabr ayının 6-7-də baş tutacağını söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA