Azərbaycanda 1281 hemofiliyalı xəstə var, onların 50-55 faizi məktəbəqədər və məktəbyazlı uzaqlardır

img

25-09-2009 [03:18]


Bu gün ?Hərtərəfli qayğı sağlam gələcək deməkdir? layihəsi çərçivəsində təşkil olunan ?Hemofiliya məktəbi? ilə bağlı keçirilən mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri Himofiliyalı Xəstələr Respublika Assosiyasiyasının sədri Gülnarə Hüseynova açıq elan edərgk öncə hemofiliyalı xəstələr barədə məlumat verib: ?Hazırda Azərbaycanda 1281 hemofiliyalı xəstə var. Onların 50-55 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Dünya təcrübəsi göstərir ki, əgər hemofiliya ilə üzləşən insan keyfiyyətli tibbi qayğı ilə təmin olunsa, onda o, kamil həyat tərzi sürər, təhsil alar və sağlam cəmiyyətə inteqrasiya olar. Azərbaycanda həkim mütəxəssislərinin təcrübəsi və Hemofiliyalı xəstələrin Respublika Assosiyasiyası tərəfindən aparılan tədqiqatlarda bizi belə qənaətə gətirib. Sizlərin nəzərinə onu da çatdırım ki, hemofiliya irsi qan xəstəliyidir. Qanda laxtalanma prosessi baş vermədikdə oynaqlara qansızmalar nəticəsində hemofiliyalı xəstələr erkən yaşlarından əlil olur və hətta kəskin daxili qanaxmalar nəticəsində dünyalarını dəyişir. Hemofiliyanın fəsadlarının qarşısını almaq üçün qan laxtalandırıcı dərman preparatları-faktor konsentratları vacib olan vasitədir. Keyfiyyətli müalicə dərman preparatları olmadan mümkün deyil?. G.Hüseynova onu da bildirib ki, Azərbaycan hökümətinin qayğısı nəticəsində xəstələrin çox qismi inkişaf etmiş dövlətlərdə istehsal edilmiş dərman preparatları ilə əvəzsiz təmin olunurlar: ?Lakin hemofiliyalı uşağı olan ailə xəstəlik haqqında kifayət qədər biliyi olmadığına görə, Azərbaycanda 2008-ci ildə ilk dəfə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Danemarkanın ?NovoNordisk? şirkətinin dəstəyi ilə ?Hemofiliya Məktəbi? yaradılmışdır. Hemofiliya məktəbi dünyanın 96 ölkəsində mövcuddur?. Sonra sözü Səhiyyə Nazirliyi Elmi-Praktik Himofiliya Mərkəzinin rəhbəri, Himotologiya Kafedrasının müdiri Elmira Qədimova çıxış edib: ?Onu da sizə bildirim ki, həmin adıçəkilən bu məktəbin funksiyası hemofiliya xəstəliyinin profilktikasını təşkil etmək, fəsadlarının qarşısını almaq və maarifləndirmə işləri aparmaqdan ibarətdir. Burda xəstə uşaq valideynləri, yaşlı xəstələr, onların ailə üzvləri, tibb işçiləri və bütün maraqlı şəxslər hemofiliya haqqında bilgilər ala bilər. Hemofiliya xətələri bahalı olan dərman preparatları ilə təminat, xəstəliyin fəsadlarının aradan qaldırmaq üçün müalicəvi idman və fizioterapiya metodları ilə ereabilitasiya, xəstələrin dəqiq qeydiyyatının aparılması, xəstələr və tibb işçiləri üçün nəşrlərin çap etdirilməsi, evdə müalicənin təşkili, dərman preparatlarının istifadə qaydalarının təbliğatı və izahı, seminar və treninqlərin təşkili və keçirilməsi, xarici dövlətlərdən həkim-mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvəti və s?. E.Qədimova bildirib ki, Azərbaycanda Hemofiliya məktəbinin fəaliyyəti nəticəsində 250 nəfərdən çox faydalanıb. Bu görülən işlərin nəticəsində hemofiliyalı insanların sosial rifahı yüksəlmişdir. Onlardan 50 ailə psixoloji yardım almış, 100 nəfərdən çox hemofiliyalı yeniyetmə və gənclər maarifləndirilmişlər, özü-özünü müalicə usullarına yiyələnmişdir. 150 nəfərdən çox valideynə isə hemofiliyalı uşağın qayğının necə göstərilməsi barədə Səhiyyə Nazirliyi Elmi-praktiki Hemofiliya Mərkəzinin mütəxəssisləri tərəfindən bilgilər verilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA