"NUR" Uzaq və Gənclərin ictimai Birliyi Təhsil Nazirliyinin dəstəyi ilə məzğələlərə bazlayır

img

25-09-2009 [01:29]


"NUR" Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Uşaq Hüquqları Şənbə Məktəbinin 2009-cu il üçün məşğələlərinə başlayır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Uşaq Hüquqları Şənbə Məktəbinin məqsədi uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdan ibarətdir. Uşaq Hüquqları Şənbə Məktəbi Azərbaycanda 2009-cu il ? Uşaq İli, Uşaq Hüquqları Konvensiyasının 20 İlliyi və "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin 10 illiyinə həsr olunur. Uşaq Hüquqları Şənbə Məktəbi Uşaq Hüquqları Konvensiyasının və dünya uşaqlarının vəziyyətinin öyrənilməsindən bəhs edən 10 mövzudan ibarətdir. Məşğələlər hər bir uşağın fəal iştirak, öz fikirini azad ifadə edə bildiyi mühitdə təqdimat, müzakirə, qruplarda iş, rol və interaktiv oyunlar metodologiyası əsasında təşkil olunur. Uşaq Hüquqları Şənbə Məktəbininin dinləyiciləri 12-15 yaşlı 50 nəfər uşaqdan ibarətdir. Məktəbi müvəffəqiyyətlə başa vuran uşaqlar Diplomla təltif olunacaqlar. Fərqlənən iştirakçılar Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə NUR UGİB tərəfindən bu ilin noyabr ayında təşkil olunacaq Azərbaycan Uşaqlarının I Forumunda iştirak hüququ qazanacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA