Sabahdan buludlu və yağmurlu havalar yenə bazlayacaq

img

25-09-2009 [01:08]


Həftə sonu Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin MİA-ya verdiyi məlumata görə, bu gün az buludlu, yağmursuz hava müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir nisbətən güclənəcək. Havanın temperaturu gündüz 24-26?, axşam 19-21? olacaq. Sentyabrın 26-da dəyişkən buludlu, əsasən yağmursuz hava olacağı ehtimal edilir. Axşam buludluluğun artacağı gözlənilir.Cənub-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 15-18?, gündüz 24-27? olacaq. Sentyabrın 27-də isə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 15-17?, gündüz 18-20? olacaq. Sentyabrın 28-də havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, gündüz bir qədər zəifləyəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 11-13?, gündüz 15-17? olacaq. Azərbaycanın rayonlarında sentyabrın 26-ı hava əsasən yağmursuz olacaq. Lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, dağlarda arabir güclənəcək. Havanın temperaturu gecə 14-18?, gündüz 23-27, dağlarda gecə 7-11?, gündüz 16-21? müşahidə ediləcək. Sentyabrın 27-28-də arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, 27-də gündüz, 28-də gecə və səhər arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 11-15?, gündüz 19-24, 28-də 15-19?, dağlarda gecə 3-6?, gündüz 9-14? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA