Rüzvət faktları ilə bağlı prezidentə müraciət edən QHT rəhbərinə təzyiq edirlər

img

25-09-2009 [12:38]


Ağdam rayonunun rəhbərliyi ?Tərəqqi? Regional İnsan Haqları Mərkəzinin direktoru Xəyyam Salmanzadəyə təzyiqlər etməyə başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə X.Salmanzadənin özü məlumat verib. Mərkəz rəhbəri bildirib ki, məcburi köçkünlər üçün tikilinə yeni evlərlə bağlı rüşvət faktını araşdırdığı və yuxarı instansiyalara məlumat verdiyi üçün rayon rəhbərliyi ona qarşı təzyiqlərə başlayıb: ?Ağdamda məcburi köçkünlər üçün evlər tikilir. Ancaq bu prosesdə saysız-hesabsız qanunsuzluqlara yol verilir. Mənim əlimdə faktlar var ki, ?Qaçqınkom?un mənzil departamenti 87 evi 2000-2500 dollara satıb və sonra isə başqasının adına sənədləşdirib. Mən də bir evsiz vətəndaş üçün xahiş etdim ki, o da pulsuz ev ala bilsin. Müracətimə mənfi cavab verəndən sonra mən ?Qaqınkom?a, Prezident Administarasiyasına məktub göndərdim ki, rüşvətsiz heç kimə ev verilmir?. Müraciətinə əsasən məsələylə bağlı araşdırma başladığını deyən QHT rəhbəri yeni bir problemlə qarşılaşdığını da vurğulayıb: ?Məsələ ondadır ki, 87 evin və alınan rüşvətlə bağlı heç bir sorğu-sual aparılmır. Məni günahkar çıxarırlar ki, niyə müraciət eləmisən. ?Qaçqınkom?un mənzil repertasiya mərkəzinin direktoru Elman müəllim mənə təzyiqlər edir. Deyir ki, gör sənin başına nə oyun açacam, uşaqsan uşaq yerində otur, sən camaatın pulunun sahibi deyilsən. Mən prezidentə iki məktub göndərmişəm və bildirmişəm ki, Ağdamda özbaşınalıq, rüşvətxorluq, qanunsuzluq baş alıb gedir. İndi isə qorxuram ki, rayon rəhbərliyi yenidən mənə hücumlara başlasın. O zaman attestat məsələsində də rayon rəhbərliyi mənə təzyiqlər edirdi. İndii də bu məsələ məni hədəfə çevirib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA