QHT-lərin fəaliyyətinin idarə edilməsində hesabatlılıq mövzusunda debat keçirilib

img

24-09-2009 [06:51]


Bu gün Azərbaycan Media Mərkəzində ?QHT-lərin fəaliyyətinin idarə edilməsində hesabatlılıq təmin olunurmu?? mövzusunda debat keçirilib. Debatda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və Açıq Cəmiyyət İnstitunun (Soros) ekspert qrupunun üzvü Rasim Musabəyov iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Əliməmməd Nuriyev debatda bildirib ki, QHT-lər cəmiyyətlə işləyən qurumdur və bir çox hallarda QHT-ləri cəmiyyətin vicdanı kimi qəbul edirlər: ?Onun əsas xüsusiyyətlərindən bir mövcud olanların olduğu kimi göstərməkdir. Ona görə də onlar ilk növbədə şəffaflıq prinsiplərinə əməl etməlidirlər. Artıq bu istiqamətdə bir sıra müzakirələr aparılır. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspert qrupuna tanınmış şəxslər cəlb edilib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası gələn dəfə qrantların verilməsi ilə bağlı QHT-lər daxilində monitorinqlərin aparılmasını planlaşdırır. Hesab edirik ki, QHT-lərin öz layihələri haqda KİV-də işıqlandırılması problemi var. Nəzərinzə çatdırım ki, mediasız şəffaflığı təsəvvür etmək qeyri-mümkündür. Açıq etiraf edim ki, bizdə hələ QHT-lərin formalaşması prosesi tam başa çatmayıb?. Açıq Cəmiyyət İnstitunun (Soros) ekspert qrupunun üzvü Rasim Musabəyov isə deyib ki, bu məsələlərdə hesabatlılıq və şəffaflıq təmin olunmalıdır. Onun sözlərinə görə, bir çox təşkilatlarda bu məsələdə problemlər mövcuddur: ?Həmin təşkilatlar öz maraqların güdməməlidirlər. Çox təəssüflər olsun ki, bizdə bu cür təşkilatlara da rast gəlmək olur. Soros Fondu ildə müxtəlif ölkələrdə təşkilatlara yarım milyard dollar maliyyə ayırır. Bizim strateji partnyorlarımız var. Ya da açıq konkurs təşkil edilir. Ancaq bu o demək deyil ki, biz mənasız QHT-lərə qrant verək. Bütün QHT-lər şikayət edir, amma Azərbaycana müxtəlif donorlar tərəfindən QHT-lərə ildə 8 milyon dollar maliyyə ayırır. Bu kifayət qədər kiçik məbləğ deyil. Ancaq nə edək ki, hesabatlılıq və şəffaflıq təmin olunmur. Bundan əlavə, təbii ki, hər bir təşkilat layihəsini media vasitəsilə ictimailəşdirməlidir. Bax, bu məsələdə də bizdə qüsurlar var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA