Esmira Orucovanını iddiasına 1 saylı yerli iqtisad Məhkəməsində baxılacaq

img

24-09-2009 [06:04]


?30 sentyabr saat 10-da 1 saylı yerli İqtisad Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qaldırdığım iddia ilə bağlı məhkəməyə baxış keçiriləcək?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova məlumat verib. Onun sözlərinə görə, iş bir neçə məhkəmədən keçəndən sonra qərara alındı ki, iş 1 saylı yerli İqtisad Məhkəməsinə göndərilsin: ?Nəzərinizə çatdırım ki, iş üzrə sənədlər Yasamal Rayon Məhkəməsindən 1 saylı yerli İqtisad Məhkəməsinə gedərək hakim Qurban Abbasova verilmişdi. O, da sənədləri Apelyasiya Məhkəməsinə göndərmişdi ki, işə onlar baxsın yoxsa, Yasamal Rayon Məhkəməsi. Nəticədə də Apelyasiya Məhkəməsi qərar çıxartdı ki, işə 1 saylı yerli İqtisad Məhkəməsi baxmalıdır?. E.Orucovanın qənaətincə, məhkəmə prosesinin uzadılmasına səbəb onu bu fikrindən daşındırmaqdır. Lakin hüquq müdafiəçisi tutduğu mövqedən qətiyyən daşınmaq fikrində deyil: ?Onlar bununla vaxt udmaq istəyirlər. Açıq-aydın görünür ki, bu sifarişli işdir. Düşünürlər ki, mən yorulacam və sonadək mübarizə aparmayacam. Ancaq mən kənara çəkilməyərək haqqımı tələb edəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA