Bakıda yol polisi mazını taksini vurub körpüdən azırdı

img

24-09-2009 [05:21]


gn=left]2010/yol-polisi.jpg[/libt] Bakıda yol polisi qəza törədib. Belə ki, yol polisi bilərəkdən idarə etdiyi ?BMW? markalı avtomaşınla başqa bir avtmaşını vurub və qəza törədib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hadisə sentyabrın 22-də, axşam saat 23:00-da baş verib. Həmin vaxt At yalı qəsəbəsindən Müşfiq qəsəbəsi istiqamətində hərəkət edən ?Azsamand? markalı taksi avtomaşınında dörd nəfər olub. Onlardan ikisi azyaşlı uşaqdır. Həmin ailə taksi ilə şəhərə qayıdarkən 10 YP 743 dövlət nömrə nişanlı avtomaşın taksini saxlatmaq istəyib. Respublika Dövlət Yol Polisi İdarəsinə məxsus həmin avtomaşında bir yol polisi əməkdaşı olub. O, qəfildən taksiyə yan tərəfdən yaxınlaşaraq körpünün üstündə onu yandan vurub və nəticədə ?Azsamand? korpüdən aşıb. Avtomaşında olanların hamısı müxtəlif bədən xəsarətləri alıblar. Hazırda yaralıların Respublika Kliniki Xəstəxanasında müailə olunduqları bildirilir. Məlumatlı mənbənin xəbərinə görə, hadisəni törədən yol polisi avtomaşın körpüdən düşən kimi oradan uzaqlaşıb. Lakin taksi sürücüsü onun nömrə nişanını yadda saxlaya bilib. Zərərçəkənlər bu haqda Binəqədi rayon Polis İdarəsinə məlumat veriblər və idarədə araşdırmalara başlanılıb. Zərərçəkənlərin yaxınlarından aldığımız məlumata görə, Binəqədi RPİ-də bu işlə bağlı araşdırma aparan müstəntiq onlara bildirib ki, artıq hadisəni törədən yol polisi əməkdaşı müəyyənləşib və araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA