Heydər Əliyev Fondu gözdən əlil zagirdlərin problemini həll edib

img

24-09-2009 [03:46]


Azərbaycanda yeganə olan gözdən əlil uşaqlar üçün Respublika İnternat məktəbində 294 şagird təhsil alır. Sözügedən məktəbin direktoru Namiq Hüseynquliyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, məktəbin pedaqoji kadrlarla təminatı yüksəkdir: ?2005-ci ildə məktəbimiz əsaslı şəkildə təmir olunaraq yenidən qurulub. Hazırda məktəbimizdə 100-ə yaxın müəllim və tərbiyəçi fəaliyyət göstərir. Bütün avadanlıqlar müasir tələblərə cavab verir. 2008-2009-cu tədris ilinin sonunda məktəbin 20 məzunu oldu. Həmin məzunlardan 3 nəfər ali məktəbə, bir nəfər isə orta ixtisas məktəbinə daxil olub. Bir nəfər məzun isə ödənişli fakültəyə qəbul olunduğundan təhsilindən imtina edib. Bu il ilk dəfə bizim məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə gözdən əlillər üçün xüsusi əlifba əsasında imtahan veriblər?. Məktəb direktorunun sözlərinə görə, hazırda məktəbin heç bir problemi yoxdur: ?Məktəbimiz Heydər Əliyev Fondunun nəzarətindədir. Hansısa köməyə ehtiyacımız olarsa, Fond bizə lazımi köməkliyi göstərir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA