Prokurorluq orqanlarına sənəd qəbulu baza çatıb

img

23-09-2009 [07:12]


Azərbaycanda prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu başa çatıb. Baş Prokurorluqdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant ştatların sayı 20 vahid artırılıb. Müsabiqə komissiyası bunu prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlərə daha geniş imkanlar yaratmaq məqsədi ilə həyata keçirib. Müsabiqənin test imtahanı mərhələsinin tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məsələlər barədə mətbuatda, prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) və Baş Prokurorluğun qəbul otağında asılan lövhədə mütəmadi məlumatlar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA