Elçin Şıxlı: ?Sərhədlərin açılması Ermənistanın daxilində də müsbət nəticə verməyəcək?

img

23-09-2009 [04:29]


?Ermənistan və Türkiyə münasibətlərinin düzəlməsindən bir vətəndaş kimi narazıyam. Mənim fikrimcə, bu münasibətlərin yaxşılaşması nə Türkiyə, nə də Ermənistan üçün yaxşı nəticə verməyəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Ayna-Zerkalo? qəzetinin baş redaktoru Elçin Şıxlı deyib. Baş redaktor bildirib ki, sərhədlərin açılması Ermənistanın daxilində də müsbət nəticə verməyəcək: ?Ermənistandakı etiraz aksiyaları da buna sübutdur. Əgər Türkiyə öz mənafeyinə uyğun olaraq, bu addımı atmaq istəyirsə, bu, Türkiyə üçün elə də xeyirli bir siyasət olmayacaq?. E.Şıxlının dediyinə görə, Türkiyə-Ermənistan sərhədlərin açılmasının başlıca səbəblərdən biri də Türkiyəni Avropa Şurasına üzv etməkdir: ?Amma bu şəraitdə Türkiyənin Avropa Şurasının tərkibinə qəbul edilməsinə inanmıram. Türkiyəni heç cür həzm etməyən ən azından Fransa dövləti var. Türkiyə bölgə səviyyəsində siyasət yürüdürsə, Amerika bütün dünya səviyyəsində bu siyasəti yürüdür. Sərhədlərin açılması məsələsində də Amerikanın xüsusi maraqları var və bu maraqlar çərçivəsində Türkiyə ilə Ermənistanın əlaqə yaratmasını, sərhədlərin açılmasını istəyir. Burda da başqa bir savaş gedir ki, Cənubi Qafqaz və bölgədə hakimlik kimin əlində olacaq, Rusiyanınmı, yoxsa Qərbinmi? Bu savaşda yüksək səviyyəli geostrateji mübarizə gedir. Amerikanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməsi də təbiidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA