??Ən azı 7 nazir istefaya göndəriləcək?

img

23-09-2009 [04:08]


?Yeni ildən ölkə daxilində respublika səviyyəli struktur dəyişiklikləri gözlənilir. Bu, artıq zamanın tələbidir. Bu komanda bazar iqtisadiyyatı şəraitində tam gücü ilə işləyə bilən komanda deyil?. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, hazırda hakimiyyətdə təmsil olunan komandanın bəzi üzvləri insanlar arasında birmənalı qarşılanmır: ?Dünyanın heç bir ölkəsində nazir 5 ildən artıq eyni postda qalmır. Amma bizdə 15 il fəaliyyət göstərən nazirlər var. Problem orasıdır ki, bu müddət ərzində həmin sahədə hansısa ciddi yenilik olmayıb. Bunların bir hissəsi hüquq-mühafizə orqanlarıdır?. C.Nuriyev deyib ki, hər hansı bir sahədə nazir 5 ildən artıq eyni vəzifədə qalırsa, həmin nazirlik istər-istəməz həmin nazirin gəlir mənbəyinə çevrilir: ?Yəni artıq həmin nazirdə arxayınlıq yaranır ki, bu yer onun daimi iş yeridir. Belə olan halda da həmin nazir əvvəlki enerji ilə işləmir. Ona görə də kadr dəyişikliyi lazımdır ki, kimsə bu cür fərziyyələrə düşməsin. Bundan əlavə, dünyanın heç bir ölkəsində kadrlar itirilmir. Yəni bir nazir başqa bir nazirliyə gedəndə daha da yaxşı işləyir. Məsələn, Azərbaycanda Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinə gətirildi. Təbii ki, o da sıfır səviyyədən nazirlik yaratdı. Mən bunu uğurlu yerdəyişmə kimi qiymətləndirirəm. Bu, ölkədə tək bir nümunədir ki, bir nazir başqa bir nazirliyə keçərək uğurlu sistem qurub. Bu məsələdə bir balaca mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adını da çəkmək olar. O, Bakını İslam Mədəniyyətinin paytaxtı etməklə yanaşı, beynəlxalq muğam festivalının ölkəmizdə keçirilməsi kimi işlərə nail oldu. Lakin bu nümunələr çox olmalıdır. Rusiyada isə belə bir dəyişiklik edəndə sabiq nazirlər Dövlət Dumasına göndərilir?. Ekspertin qənaətincə, Azərbaycanda Nazirlər Kabineti bütünlüklə istefaya getməlidir: ?Nə baş nazir, nə də müavinlər bir işə yarıyırlar. Bütün ağırlıq prezidentin üzərində qalıb. Spikerimiz həmişə susur. Lakin onun müavinləri çox fəaldırlar. Ermənistanda isə hər yerdə prezident Serj Sərkisyandan daha çox onun baş naziri bəyanatlar səsləndirir. Bizdə isə hərdənbir iqtisadi blokla bağlı Dövlət Gömrük Komitəsi və İqtisadi İnkişaf Nazirliyi çıxışlar edir. Azərbaycanın sosial sahələri var ki, çox ağır vəziyyətdədir. Yaxın vaxtlarda sosial, iqtisadi, güc və kommunikasiya blokundan mütləq ən azı 7 nazir istefaya göndəriləcək. Bu addım atılmazsa, Azərbaycan çox ağır vəziyyətə düşəcək. Həmin nazirlər bazar iqtisadiyyatı ilə ayaqlaşmamaqla yanaşı, bazar iqtisadiyyatını şəxsi iqtisadiyyatla qarışdırırlar. Heç bir ölkədə oliqarxlar dövlət məmurları olmur. Amma Azərbaycanda Milli Məclis üzvlərinin əksəriyyəti oliqarxdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA