Fərhad Əliyevin qohumu böyük narazılığın əsasını qoyub

img

23-09-2009 [02:42]


Bu gün Media Mərkəzində İnsan Haqları Müdafiə Təşkilatının rəhbəri Azad İsgəndərli mətbuat konfransı keçirib. Hüquq müdafiəçisi keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumu Vaqif Hüseynovu Bakı-Astara magistral yolunun kənarında yerləşən bazarı qanunsuz yolla sökdürməkdə və orada ticarətlə məşğul olanların hüquqlarını pozmaqda ittiham edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azad İsgəndərli bildirib ki, istənilən mağaza Bakı-Astara magistral yolunun kənarından 35 metr aralı olmalıdır: ?Həmin İstehlak Sənaye bazarı üçün 1984-cü ildə Səlyan rayon rəhbərliyi tərəfindən 70 sot yer ayrılıb. 2003-cü ildə Azərittifaqın balansında olarkən, bu ərazi alınıb. İbrahim Tağıyev adlı şəxsə bu ərazi 2003-cü ildə satılıb. Bəzi sahibkarlar isə həmin ərazidə mağazalar tikdiriblər. Hər mağazanın dəyəri 36-40 min civarındadır?. Hüquq müdafiəçisi bildirib ki, sonradan həmin bazar 2004-cü ildə Fərhad Əliyevin qohumu, o vaxtlar Səlyan Bələdiyyəsinin sədri olan Vaqif Hüseynov tərəfindən sökdürülüb: ?Sökülən ərazilərdə isə özü üçün mağazalar tikdirib. Bazarın bütün yolları bağlanıb, insan üçün lazım olan tualet belə yoxdur. Demək olar ki, 500-600 nəfər bu səbəbdən işsiz qalıb, 3-4 mindən artıq şikayətçi var?. A.İsgəndərlinin sözlərinə görə, həmin ərazidə mağazaları sökülənlər Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ediblər: ?Əvvəlcə bildirdilər ki, həmin torpaqlar Əmlak Komitəsi tərəfindən qeydə alınmayıb. Sonra məktub əsasında müraciət etdik ki, biz, bu məsələni məhkəmə yolu ilə həll etmək istəyirik. Bizə dedilər ki, elə bir ərazi qeydiyyatda alınmayıb, torpaq özəlləşməyib. 10 gündən sonra Əmlak Komitəsi tərəfindən bizə məktub gəldi ki, həmin torpaq sahələri İbrahim Tağıyev adlı şəxs tərəfindən alınıb və özəlləşdirilib. İbrahim Tağıyev adlı şəxs isə Azərittifaqın üzvüdür. Bu məsələ ziddiyyət təşkil edir. Mağazaları sökülənlər isə öz haqlarını tələb edirlər?. A.İsgəndərli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən də məktub aldıqlarını deyib: ?Komitə sədri Qərib Məmmədov yazır ki, Sənaye Bazarının yerləşdiyi torpaq sahəsi əvvəldən olduğu kimi yenədə dövlət mülkiyyətində saxlanılıb. Amma buna baxmayaraq, həmin torpaq sahəsi Rayon Bələdiyyəsi və Əmlak Komitəsi tərəfindən özələşdirilib. Əgər həmin ərazi dövlət mülkiyyətindədirsə, bunu bələdiyyə necə özəlləşdirib, yox, əgər Bələdiyyə torpağıdırsa, bunu Əmlak Komitəsi necə özəlləşdirib??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA