Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanla bağlı təbliğatdan narazıdır

img

23-09-2009 [02:34]


Gənclər üçün Təhsil Mərkəzi dünən xaricdə təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə ?Azərbaycanımızı Avropada tanıdaq!? mövzusunda dəyirmi masa təşkil etmişdir. 10 nəfər xaricdə təhsil alan tələbənin iştirak etdiyi tədbirin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın xarici ölkələrdə təbliğatının səviyyəsini və bu işin təşkilində xaricdə təhsil alan tələbələrimizin rolunu müzakirə etmək idi. Mərkəzin direktor müavini Elnur Axundov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu gün Azərbaycanın təbliği yalnız dövlət səviyyəsində həyata keçirilir və bu da öz növbəsində əsasən xarici ölkələrin rəsmi şəxslərini əhatə edə bilir. Təəssüf hissi ilə qeyd etdi ki, iştirak etdikləri beynəlxalq QHT tədbirlərində iştirakçıların Azərbaycan haqqında bilgiləri demək olar ki, yox səviyyəsindədir. Dəyirmi masada iştirak edən və Almaniya, Estoniya, Litva, Çexiya, Fransa və İngiltərədə təhsil alan tələbələrimiz Azərbaycan haqqında təbliğatların aparılması üçün dəstəyin olmamasından giləyləndilər. Almaniyada təhsil alan soydaşımız Sultan Zahidov hər il təhsil aldığı müəssisədə Azərbaycan Günü keçirdiyini, lakin müraciətlərinə baxmayaraq ona bu işdə heç bir qurumun dəstək vermədiyini bildirdi. Dəyirmi masada çıxış edən digər tələbələr də müxtəlif xarici ölkələrdə yaşayan azəbaycanlıların bir qədər passiv olduqlarını və Azərbaycanın tarixi və mədəniyyəti haqqında əcnəbilərin dolğun məlumat almasında maraqlı olmadıqlarını vurğuladılar. Qeyd etdilər ki, hətta onların təhsil aldığı müəssisələrdə Azərbaycana həsr olunmuş kitabların olmaması onlara mənəvi zərbə vurur. Qeyd edilən problemlər müzakirə edildikdən sonra, yekun olaraq bütün təkliflərin ümumiləşdirilməsi və müvafiq qurumlara müraciət edilməsi qərara alındı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA