Sabah yağıntılı hava zəraiti davam edəcək

img

23-09-2009 [02:28]


Sentyabrın 23-dən respublikada arabir yağış davam edəcək. Günün ikinci yarısından axşama doğru şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 23-dən 24-nə keçən gecə Abşeron yarımadasının bəzi yerlərində az miqdarda yağış yağacağı gözlənilir, səhər və gündüz isə dəyişkən buludlu ? əsasən yağmursuz hava şəraiti gözlənilir. Milli Hidrometeoroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, sabah Abşeron yarımadasında şimal-qərb küləyi öz sürətində davam edəcək və havanın temperaturu 21-23 dərəcə olacaq: ?Sentyabrın 25-26-da isə dəyişkən buludlu ? əsasən yağmursuz hava şəraiti gözlənilir. Artıq şimal-qərb küləkləri cənub küləkləri ilə əvəz olunacaq. Belə olan halda havanın temperaturu bir qədər yüksələrək - senytabrın 25-də 23-26 dərəcə, 26-da isə 24-27 dərəcə istilik müşahidə ediləcək. Lakin ayın 26-da cənub küləkləri axşama doğru şimal-qərb küləkləri ilə əvəzlənəcək. Belə ki, Abşeron yarımadasında axşam buludluluğun artacağı gözlənilir?. Respublikanın digər rayonlarına gəlincə, Asif Verdiyev sentyabrın 24-də arabir yağışlar yağacağının ehtimal edildiyini bildirib: ?Əsasən respublikanın şimal və qərb rayonlarında gecə və səhər yağıntıların intensiv xarakter alacağı istisna edilmir. Ayın 24-də temperatur gündüz 20-24 dərəcə isti, 25 və 26-da isə əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda az yağış yağacayı ehtimalı var. Ayın 25-26-da cənub-qərb küləyi əsəcək, dağlarda arabir güclənəcək. Temperatur isə 24-28 dərəcə olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA