Balıq və balıq məhsullarının monitorinqi davam etdirilir

img

23-09-2009 [01:22]


Quş əti və yumurta məhsullarında təhlükəli hal aşkarlanmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırda xörək duzu üzərində monitorinqlər aparılır: ?Mərkəzə gətirilən bütün nümunələrdən müsbət nəticə əldə olunub. Xörək duzuyla bağlı monitorinqlərin nəticələri gələn həftə bəlli olacaq?. İ.Abdullayev deyib ki, buna paralel olaraq, hisə verilmiş balıq və balıq məhsulları üzərində də monitorinqlər davam etdirilir: ?Monitorinqlərin nəticələri oktyabr ayının 5-6-da bəlli olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA