Azərbaycanda qatarların hərəkəti bərpa olunub

img

23-09-2009 [12:37]


?Bölgələrdə təbii fəlakət nəticəsində selin yuyub apardığı Pirsaat-Hacıqabul istiqamətində 800 metr, Şirvan-Qaragünə istiqamətində isə 200 metr dəmir yol xətti bərpa olunub. Artıq qatarlar cədvəl üzrə hərəkətlərini davam etdirirlər?. Bu barədə Müstəqil İnformasiya Agentliiynə Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib. N.Əzməmmədovun sözlərinə görə, hazırda qatarların hər iki istiqamət üzrə hərəkətində heç bir problem yoxdur: ?Sentyabrın 22-də qatarların hərəkətində müəyyən ləngimələr olub. Dünəndən etibarən isə hərəkat tam bərpa olunub?. N.Əzməmmədov şimal istiqamətdə də yaranan problemin qismən aradan qaldırıldığını bildirdi: ?Hazırda Azərbaycan-Rusiya və əks istiqamətdə qatarların hərəkəti bərpa olunub. Kizilyurd və Mahaçqala məntəqələri arasında qatarların hərəkəti teplovozlar vasitəsilə həyata keçirilir. Bu da müəyyən ləngimələrə səbəb olur. Yaxın günlərdə Azərbaycanla Rusiya arasında qatarların hərəkəti cədvəl üzrə həyata keçiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA