?Gənc Liderlər? Uzaq və Gənclər Təzkilatı ?Gəlin Birgə oxuyaq? adlı aksiyayna start verib

img

23-09-2009 [12:15]


Bu gün ?Gənc Liderlər? Uşaq və Gənclər Təşkilatı (UGT) ?AMV? İstehsalat Birliyinin dəstəyi ilə ?Bakı SOS Uşaq Kəndi? də ?Gəlin Birgə oxuyaq? adlı kitab aksiyasına start verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə gərə, tədbirdə çıxış edən ?Gənc Liderlər? UGT-nin sədri Fərid Şahbazlı bildirib ki, ?Gəlin birgə oxuyaq? adlı kitab aksiyası davamlı olacaq və şəhər və rayonların orta məktəblərində də uşaqlara kitablar hədiyyə ediləcək: ?Bu aksiyada biz uşaqlara 100-ə yaxın müxtəlif kitablar─ nağıllar, bədii əsərlər, dərs vəsaitləri təqdim etdik. İnanırıq ki, bu kitablar onlara cəmiyyət üçün layiqli vətəndaş olmağa kömək olacaq. Əsas məqsəd 2009-cu il ?Uşaq ili?ndə uşaqlarda kitaba maraq oyatmaqdır?. Daha sonra çıxış edən ?Bakı SOS Uşaq Kəndi?-nin direktoru Əli Axundov bildirib ki, hazırda ?Bakı SOS Uşaq Kəndi? -ndə 96 nəfər uşaq məskunlaşıb: ?Məktəbyaşlı uşaqlar kəndin yaxınlığındakı orta məktəblərə, azyaşlı uşaqlar isə Bakı SOS Uşaq Baxçasına gedirlər. Bu uşaqlardan 3 nəfəri Olimpiya İdman Məktəbində, 5 nəfəri rayonlarında yerləşən Özəl Türk Litseylərində, 1 nəfəri Ali Hərbi Akademiyada təhsil alırlar. Onlar üçün bu cür tədbirlərin təşkili çox vacibdir?. Qeyd ədək ki, ?Gənc Liderlər? UGT-nın təşkil etdiyi tədbirdə SOS Uşaq Kəndində məskunlaşan 60 uşaq iştirak edib. Uşaqlar üçün aksiya çərçivəsində musiqili proqram təşkil olunub və tanınmış müğənni İbrahim Borçalı uşaqları öz ifaları ilə şənləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA