Tələbələr üçün məzğulluq xidməti yaradılacaq

img

23-09-2009 [12:08]


Azərbaycan Tələbələr Birliyi sentyabr ayından başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Gənc Təşəbbüsləri Proqramının maliyyə dəstəyi ilə ?Tələbələr üçün məşğulluq xidmətinin yaradılması? layihəsinin icrasına başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihənin əsas məqsədi ali təhsil alan tələbələrin və bir qisim gənclərin gələcəkdə işsizlik probleminin qurbanı olmamasına kömək etməkdir. Tələbələrin öz asudə vaxtlarını və tətillərini hər hansı biznes qurumunda təcrübələr əldə etməklə keçirməsi layihənin əsas məqsədlərinə daxildir. Bu tələbələrin gələcəkdə iş fəaliyyətində daha da peşəkar olmasına kömək edəcəkdir. Layihə özündə tələbələr üçün müxtəlif mövzularda təlimlərin keçirilməsini və xüsusi internet səhifənin yaradılmasını nəzərdə tutur. Təlimlər müvafiq olaraq müxtəlif universitetlərdə təşkil ediləcəkdir. İnternet səhifəsi isə tələbələrlə biznes qurumları arasında vasitəçi rolu oynayacaqdır. Tələbələr bu internet səhifə vasitəsilə özləri haqqında məlumatları müxtəlif biznes qurumlarına çatdıra biləcəklər. ATB bu baxımdan tələbələrə təcrübəli mütəxəssis kimi formalaşmasında öz köməyini göstərməkdə və bu səviyyədə silsiləli tədbirləri həyata keçirməkdə davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA