Valideynlər övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə biləcəklər

img

23-09-2009 [11:49]


Hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri və yaxınları övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün sentyabrın 25-dən etibarən Müdafiə Nazirliyində yaradılan ?qaynar xəttin? aşağıdakı telefon nömrələrinə zəng edə bilərlər. 438 61 10 439 23 55 439 90 28 439 55 14 Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vətəndaşların müvafiq hərbi komissarlıqlar vasitəsi ilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilməsi mümkündür. Çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi yanında fəaliyyət göstərən işçi qrupun telefon nömrələrini də ictimaiyyətin diqqətinə çatdırırıq. 439 23 76 438 61 31 438 61 74

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA