Şeyx Beynəlxalq konfransda iztirak etmək üçün Moskvaya gedir

img

22-09-2009 [04:00]


Qafqaz Müsəlmanqları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanını paytaxtı Moskva şəhərinə səfərə gedir. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə QMİ-nin mətbuat xidmətindən daxil olub. Səfərdə məqsəd 24 sentyabrda Moskvada keçiriləcək ?Rusiya və İslam dünyası: stabillik naminə əməkdaşlıq? mövzusunda Beynəlxalq konfransda iştirak etməkdir. Rusiya Müftilər Şurasının təşkilatçılığ ilə keçirilən beynəlxalq konfransa Rusiya rəhbərliyinin nümayəndələri, müsəlman subyektlərinin və İslam beynəlxalq təşkilatlarının rəhbərləri, görkəmli din və ictimaiyyət xadimləri iştirak edəcəklər. Tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək. O, həmçinin Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdini 50 yaşının tamam olması münasibəti ilə təbrik edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA