Azərbaycanda Ramazan bayramı qeyd olunur

img

20-09-2009 [02:58]


Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan ayı müsəlmanlara hicri təqviminin ikinci (622- ci il) ilində təyin edilib. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur. Orucluq öz tarixini Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı təyin olunandan başlayır. Məhz Ramazan ayının axırıncı on gecəsinin birində Quran nazil edilmişdir. Azərbaycanda Orucluq bayramı 1993 - cü ildən dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı 2 gün qeyd olunur

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA