Sürücünü döyən nəqliyyat izçilərinin qanunsuz hərəkətlərini ört-basdır etmək istəyirlər

img

18-09-2009 [07:02]


Bu gün Azərbaycan Media Mərkəzində ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov Nəqliyyat Nazirliyi, ?Azəryolservis? ASC-nin 1 saylı ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşlarının Mehman Əmirquliyevə qarşı zorakılığı ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinə xəbərinə görə, hüquq müdafiəçisi Vidadi İsgəndərov Dəvəçi rayon prokurorluğunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlham Kərimli tərəfindən Mehman Əmirquliyevin vəkili Hafiz Ələsgərova istintaqla bağlı məlumat verildiyini bildirib. Onun sözlərinə görə, məlumatda göstərilir ki, Əmirquliyev Mehman Cabur oğlunun əməli 10 sentyabr 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsindən 315.1 maddəsinə tövsif edilmişdir: ?Eyni zamanda, məktubda bildirilir ki, həmin tarixdə 47437 saylı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə 47439 saylı cinayət işi açılmış və hazırda rayon prokurorluğu istintaq edilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, burada artıq həmin o servis əməkdaşları barəsində cinayət işi başlanmış və hazırda hər iki cinayət işi rayon prokurorluğunun müstəntiqi Elmar İsmayılovun icraatındadır. Onu da qeyd edim ki, hadisə baş verməmişdən qabaq mütəşəkkil formada sürücülər respublika prokuroru Zakir Qaralova məktub ünvanlayıblar. Məktubda bildirilib ki, Nəqliyyat Nazirliyinin yol müfəttişləri sürcülərə zor tətbiq edir, onlardan rüşvət alır və qanunsuz olaraq maşınlarının nömrələrini qırırlar. Sonradan isə məlum olub ki, həmin ərizə prokurorluqda istintaq edilmək əvəzinə, Nəqliyyat Nazirliyinə göndərilib. Bundan əlavə, Ələkbərova Sevda və Məmmədov Məcid baş vermiş hadisələrin bilavasitə şahididirlər. Məlumat üçün bildirib ki, hal-hazırda Sevda xanımın Dəvəçi rayon prokurorluğunda ifadə və ərizə şikayəti var. Rayon prokuroru ona bildirib ki, get toçkaları bir-bir gəz onları tap gətir. Bundan əlavə, o həmin adamlar hardan biliblər ki, Sevda xanım prokurorluğa faktla bağlı ifadə edib. Ona görə də məsələ qalıdırmışam ki, istintaq sirrinin yayıldığına görə, istintaqı kim aparıbsa və ya onun icraatında olan şəxs məsuliyyət daşımalıdır. Artıq onu da nəzərinizə çatdırm ki, bu gündən bu məsələyə ikinci bir vəkil Aslan İsmayılov da qoşulub. Mən hadisə ilə bağlı bütün faktları beynəlxalq təşkilatlara və səfirliklərə göndərəcəm. Ortaya kasset çıxandan sonra müəyyən olundu ki, Mehman Əmirquliyevin həbsi qondarmadır. Artıq Dəvəçi rayon prokurorluğu bu işin obyektiv istintaq edilməsində heç vaxt maraqlı ola bilməz. Çünki istintaq obyektiv aparılarsa, özü-özünə hökm oxuyacaq. Biz tələb edirik ki, göstərilən cinayət işinin obyektiv istintaq edilməsi üçün Respublikanın baş prokurorluğuna göndərilsin və orada baxılsın. Nəzərinizə çatdırım ki, heç vaxt həm prokurorluq orqanları, həm də məhkəmə strukturları və ədliyyə sistemləri bu cinayət işinin düzgün istintaq edilməsinə şərait yaratmayacaqlar. Çünki nəticə etibarı ilə burada üç prokurorluq orqanın bu məsələdə marağı var?. Hadisənin şahidi Ələkbərova Sevda Ələkbər qızı Dəvəçi rayonunda yol qırağında bir kafedə aşbaz işlədiyini deyib. O, həmin gün bütün hadisələrin necə cərəyan etdiyinin şahidi olub: ?Nəqliyyat Nazirliyinin yol müfəttişləri Mehman Əmirquliyevdən yarım saat qabaq başqa bir şoferi təhqir edib nömrəsini qırdılar. Bu hadisədən 10 dəqiqə sonra Kamazın gəldiyini gördüm. Həmin o şəxslər tökülüşərək Kamazın şoferi Mehman Əmirquliyevi döydülər. Daha sonra isə maşının nömrəsini qırdılar. Həmin ərazidə yerə qır səpilirdi. Vüsal adında şəxs köynəyinin çıxardıb qıra sürtdü ki, guya Mehman onlara təzyiq göstərib. İnanın ki, Mehman orada heç kimə əl qaldırmamışdı. Mən hadisə yerinə yaxınlaşanda Nəqliyyat Nazirliyinin əməkdaşlarından biri söyüş söydü ki, burda olan söz-söhbət heç kimə deyilməsin. Sabahı gün isə onlardan 3 nəfər mənə 600 manat pul təklif etdilər ki, mən hadisəni sirr olaraq saxlayım. Mən isə puldan imtina edərək həqiqəti deyəcəyimi bildirdim. Ayın 9-u onlar gəlib məni vəhşicəsinə döydülər. Stulla boynumun arxasına və başıma vurdular. Sifətimə yumruq zərbələri endirdilər. Buna görə də mən 6 gün evimdə yatdım. Bundan əlavə, mən işdən də azad olundum. Müdir mənə dedi ki, istəmirəm sənə görə başım ağrısın, çıx işdən. Sonra hadisə ilə bağlı prokurorluğa gələrək ərizə yazdım. Lakin Vüsalın köynəyinin qıra batırması faktını ərizədə qeyd etmədilər. Onlar hər gün dalımca düşüb məni izləyirdilər. Mən də şəhid ailəsiyəm, evdə tək qalıram?. Digər şahid Məmmədov Məcid isə bildirib ki, hadisədən qabaq Mehman Əmirquliyevlə Nəqliyyat Nazirliyinin yol müfəttişləri arasında heç bir insident olmayıb: ?Onlar maşını KAMAZ-ın qabağına verdilər. Mehman maşından düşəndən sonra onu vəhşicəsinə döydülər. Bu hadisədən sonra onlar gəlib bizə deyirlər ki, sizi də Mehmanın aqibəti gözləyir. Onlar maşınımızın nömrələrini çıxardıb aparırlar. Daha sonra bizdən qanunsuz olaraq 150 manat pul istəyirlər?. Şahid Bayramov Tofiq isə Mehman Əmirquliyevi ağır vəziyyət öz maşınında apardığını deyib. Onun sözlərinə görə, hadisə zamanı Mehmanın cibindən pulunu və telefonunu da götürmüşdülər. Mehman Əmirquliyevin vəkili Hafiz Ələsgərov isə 16 sentyabrda Şüvəlan istintaq təcridxanasında guya bu işdə zərərçəkmiş hesab olunan Vüsal Səmədovla Mehman Əmirquliyevin üzləşməsi keçirildiyini nəzərə çatdırıb: ?Həmin üzləşmə zamanı mən Vüsal Səmədova Sevda Ələkbərovanın ifadəsinə istinad edərək bildirdim ki, Mehman sizi maşınla vurmayıb və siz əyninizdəki köynəyi çıxardıb asfaltın üzərinə tökülmüş qıra batırmısınız. Təbii ki, o, bunu inkar etdi. Mən növbəti sual verdim ki, siz Sevda Ələkbərova ilə üzləşmək istəyirsinizmi? Vüsal Səmədov açıq-aşkar bildirdi ki, üzləşmək istəmir. Bu da onu göstərir ki, prokurorluğun istinad etdiyi sübutlar əldə qayırmadır?. Vəkil Aslan İsmayılovun sözlərinə görə, məsələ ilə bağlı prokurorluğa zəng edib maraqlananda ona bildiriblər ki, istintaq bitib: ?Hadisənin törədilməsi ilə bağlı 100 nəfər şahid yığmaq olar. Lakin hadisənin obyektiv əks etdirən video görüntü var. Video görüntü qıraqda qala-qala hər öz dediyini deyir. Şahidə ifadə verdiyinə görə, zor tətbiq etməyə görə Cinayət Məcəlləsində ayrıca başlıq var. Onlar bütün bunlarla açıq-aşkar süründürməçilik və şahid də daxil olmaqla, Mehman Əmirquliyevi ələ almaq istəyirlər. Hadisə ilə bağlı video görüntülər bütün KİV-lərdə işıqlandırılmalıdır. Bundan əlavə bu məsələyə bütün hüquq müdafiəçiləri qoşulmalıdırlar?. [flash width=425 height=350]http://www.youtube.com/v/Zop0clJQyos[/flash]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA